Samir Babayev təcridxanadakı vəziyyətlə bağlı aclıq aksiyasına başlayıb

Samir Babayev aclıq aksiyasına başlayıb. Buna səbəb siyasi məhbusun saxlanıldığı təcridxanada vəziyyətin acınacaqlı olması ilə bağlıdır. Samir ailəsi ilə telefon əlaqəsində bildirib ki, iyulun 22-dən aclıq aksiyasına başlayıb. O, Kürdəxana Təcridxanasında dözülməz şəraitdən danışaraq bildirib ki, burada məhdud kameralarda normadan qat-qat artıq məhbusların yerləşdirilməsi vəziyyəti dözümsüz hala gətirib. Neçə neçə məhbus döşəmə üzərində yatmağa məcburdur. Təcridxana rəhbərliyinə faktla bağlı dəfələrlə müraciət olunsa da, problemin həlli ilə bağlı heç bir addım atılmır. Məhz Samir Babayevin aclıq aksiyasına başlama səbəbi də mövcud addıma etirazla əlaqədardır. 
Xatırladaq ki, Samir Babayev islmafobiya, anti şiə, İsrailin anti Aşura layihəsi çərçivəsində genişlənən həbs dalğası çərçivəsində dekabrın 2-də yaşadığı Maştağa qəsəbəsində saxlanılıb. İnanclıya 234.4.3-maddəsi (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə cinayət işi açılaraq barəsində həbsqəti imkan təbdiri seçilib.