Rusiyada anti-Kreml dissidenti Navalnıya 20 il həbs cəzası istənilib. Avropa Birliyi də Navalnının saxlandığı həbsxananın direktoruna sanksiya tətbiq etdiyini açıqlayıb.
Rusiyada prokurorlar Kremlin dissidenti Aleksey Navalnıya 20 il həbs cəzası istəyib.
Yeni ittihamlar Navalnının korrupsiyaya qarşı mübarizə fondunun fəaliyyəti və onun yüksək səviyyəli tərəfdaşlarının bəyanatları ilə bağlıdır. Bu arada Avropa İttifaqı Navalnının saxlandığı həbsxananın direktorunu sanksiya siyahısına salıb.
Navalnının dostları öz Teleqram mesajlarında qeyd ediblər ki, müxalifət liderinə qarşı işin avqustun 4-də həll olunması planlaşdırılır. Bildirilib ki, fondun yarandığı 2011-ci ildən indiyədək həyata keçirdiyi bütün fəaliyyətlər cinayət tərkibinə daxil edilib.
Kremlin onu ömürlük dəmir barmaqlıqlar arxasında saxlamağa çalışdığını deyən Navalnı ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb. Navalnı: "Ukraynada müharibə axmaq və mənasızdır"
Dostlarının Telegram-da yayımladığı açıqlamalara görə, Navalnı məhkəmə zamanı Rusiyanın Ukraynadakı müharibəsini pisləyib.
Moskvanın 2022-ci ilin fevralında qoşunlarını Ukraynaya qarşı səfərbər etmək qərarını tənqid edən Navalnı qeyd edib ki, “21-ci əsrin ən axmaq və mənasız müharibəsində on minlərlə insan həlak olub”.
Rusiyanın Ukraynada hərbi kampaniyası başlayandan bəri ölkədən qaçmayan bir çox müxaliflər, xüsusən də münaqişəni pislədikləri üçün mühakimə olunub və ya həbs ediliblər. Avropa İttifaqı Aleksey Navalnının saxlandığı həbsxananın direktoru da daxil olmaqla 12 nəfərə və “ciddi insan haqları pozuntularına” görə məsuliyyət daşıyan beş təşkilata sanksiya tətbiq etdiyini açıqlayıb.
Avropa Şurasının bəyanatında deyilir ki, sanksiyalar “Rusiyada kütləvi əsassız həbslər üçün üz tanıma texnologiyalarından sui-istifadə edənlərə, habelə müxalifət xadimlərinə, demokratiya fəallarına və Kremlin sərt tənqidçilərinə qarşı siyasi motivli qərarları hədəfləyir”.
Ölkədəki “korrupsiyanı ifşa edən” 47 yaşlı Navalnı Kremlə qarşı kütləvi etirazlar təşkil edib. Sinir qazından zəhərlənmədən Almaniyada müalicə alan Navalnı 2021-ci ilin yanvarında Moskvaya qayıdıb və həbsxanaya göndərilib.
Şərti azadlığa buraxılma qaydalarını pozduğuna görə 2,5 il müddətinə azadlıqdan məhrum edilən Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə daha 9 il müddətinə azadlıqdan məhrum edilib.
Navalnı Moskvadan 250 kilometr şərqdə, Melexovoda ciddi rejimli həbsxanadadır.
Rusiyalı dissident Navalnıya 20 il həbs cəzası istənilib