İnsanlar əsas hüquq və azadlıqlar fonunda bu gün dünyada onlarca məktəblər yaradıb. Təbii olaraq fundemental azadlıqlar başda olmaqla hər bir azadlıq ilk öncə insan hüquqları ilə realizə olunur. Yəni azadlıq - hüquq deyilən qanun toplusunun başlanğıc prinsipi insanın əsas hüquq və azadlıqları-yaşamaq, düşünmək, danışmaq kimi bir çox özəllikləri ehtiva edir. Tam məntiqlidir ki, əksər hüquqlar insanın nə qədər azad və sərbəst yaşamaq hüquqi ətrafındadır. Azadlığı məhdudlaşan insan, onlarca azadlıqların mahiyyəti olmayan bir qanun məcmuəsini mənasız hesab edəcək.
Elə buna görə də hüquq insitutları, beynəlxalq aləmdə tanınan məktəblərin əsas proritet mövzusu insanların hüquq və azadlıqları, azad yaşamaqlarıdır. Hər il dünya milyardlarla sərfiyyat etdiyi bu hüquqların qorunması üçün qurulan təşkilatlara məhz sərbəst və azad yaşamaq hüquqlarının dünyada hər zaman diqqətdə qalması, qorunması üçündür.
Ölkəmizdə azadlıqlarla bağlı hərilki reytiq və hesablamaları çevirdikcə vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək olar. Əsasən bunun üçün heç də hər hansı bir manitorinqə ehtiyac belə duyulmadan bu həqiqəti polis rejminə çevrilmiş Azərbaycan hakimiyyətinin idarəçilik sisteminə diqqət göstərmədən belə görmək olar.
Artıq ölkədə azadlıq deyilən məfhum haqda düşünmək belə ironiyalı təbəssüm yaratmaya bilmir. Təkqütüblü düşüncə tərzinin hakim olduğu ölkəmiz saysız fikir sahiblərinin həbs məzarlığına çevrilib. Əgər ölkənin düşüncə sahibləri idrak üçün həbs olunurlarsa digər sahələrin azadlığı heç şübhəsiz söz mövzusu ola bilməz.
Məsələ burasındadır ki, bütün bu təzyiq və təqiblər beynəlxalq təşkilatların illik hesabatlarında əks olunur. Hətta bir az da irəli gedərək tənqid və ya bəyanatlara da tuş gəlinir. Lakin nəticə qarşısını almağa gələndə, hansısa sanksiyaların işə düşməsi kimi zəruri addımlar tələb olunanda Qərbin əsas hüquq və azadlıqlara göz yuman iqtisadi münasibətləri bu məsələləri elə bəyanat verməklə də yekunlaşdırır.
Azərbaycanla bağlı illərdir Qərbin bəyanat siyasəti nəticəsində Azərbaycan cəmiyyətinin saysız vətənpərvər oğulları həbsxana divarları arxasında məhbus həyatı yaşayırlar. Neçə-neçə hüquqları pozulan bu şəxslərin dünya “demokratiyasından” gözləntisi olaraq bir zamanlar eyni adı şüar edib başı üstə qaldıranlar bu gün anlayır ki, bu çağırış sadəcə Qərbin öz ölkələrində xalqı üçün düşündüyü hüquq və azadlıqların adıdır. Bunun əsla onun hüququ ilə heç bir əlaqəsi yoxdur.
Əgər Azərbaycanda yüzlərlə insan haqsızlıq, zülm və işgəncə altında əzilirsə bunun üçün Qərbin bəyanat verməsi yetərlidir ki, bu siqnal daxilində Azərbaycanın sərvətinin həmin Qərb ölkələrinin büdcəsinə axsın. Nəticədə isə o ölkənin-xalqın rifahı təmin olunduğu halda bu ölkənin yaşamaq hüquqlusu işgəncə altında can verməyə məhkum edilsin.
Günümüzün reallığında beynəlxalq təşkilatların bəyanat siyasəti bundan fəqli nəticəyə gəlmədi. Görünən budur ki, iqtisadiyyatın “üçüncü ölkələrin insan hüquq və azadlıqları”ndan irəli keçdiyi bu dönəmdə, yaxın vaxtlarda heç dəyişməsi ehtimal da olunmur. Demək, pozulan hüquq və azadlıqların fonunda Beynəlxalq İnsan Haqlarının Müdafiə İnsitutlarından bizim gözləntimizin necə olmasından asılı olmayaraq onlardan gələn yardın sadə bəyanatdan başqa bir şey olmayacaq. Təəssüf ki, bu günün reallığı budur.
Rejimin həbsləri müqabilində beynəxalq aləmin bəyanat şousu