Suriya ordusu Hələb və İdlibdə əks hücuma keçib

Suriya ordusu Hələb və İdlibə hücum edən Əl-Baqum qəsəbəsini Əl-Nusra terrorçularından azad edib.

Əl-Mayadeen kanalı xəbər verir ki, Suriya ordusu Hələb və İdlibdə Nusra cəbhəsinə qarşı əks hücuma keçib. Kanalın müxbiri Suriya ordusunun İdlibin cənub-şərqində silahlı qruplaşmaların ələ keçirdiyi mövqelərə hücum edərək Əl-Baqum şəhərini azad etdiyini bildirir.

Sputnik-in məlumatına görə, Rusiyanın Suriyadakı Düşmən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini kapitan Oleq İqnasyuk bildirib ki, noyabrın 27-də Hələb və İdlib bölgələrində Suriyanın nəzarətində olan ərazilərə Əl Nusra təşkilatına bağlı qeyri-qanuni yaraqlıların hücum etdiyini açıqlayıb və bu qarşıdurmalarda onların ən azı 400 nəfəri öldürülüb.