İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran İslam Respublikasının ayaqda qalmasının səbəbi xalqının səyləri olduğunu söyləyib.
Ayətullah Xameneinin noyabrın 11-də İsfahan vilayətinin 24 Minlik Şəhidlər Konqresinin üzvləri ilə görüşündə iştirak edib.
Görüşdə o, İsfahanın elm, sənaye, incəsənət, memarlıq, İslam elmi, müharibə və sivilizasiyada fədakarlıqda qabaqcıl olduğunu bildirərək, “İsfahan göstərdi ki, din və şəriət axını müasir elmin axını ilə iç-içədir və bir-birinə zidd deyildir” söyləyib.
Ayətullah Xamenei müqəddəs müdafiə dövründə (8 illik İran-İraq müharibəsi) İsfahanlıların verdiyi qurbanlara toxunaraq deyib: “İslam dini və ölkənin müstəqilliyi naminə əhalisinə nisbətdə bu vilayət ölkədə ən çox şəhid verib.”
İranın mömin və istedadlı gənclərinin ölkənin ən qabaqcıl elm mərkəzlərindəki fəaliyyətini dəyərləndirən din rəhbəri İran sivilizasiyasını elm və dinin birliyinin davam etməsinin göstəricisi kimi dəyərləndirib və deyib:
“İran xalqının və gənclərimizin göstərdiyi səylər və fədakarlıqlar İslam Respublikasının ayaqda qalmasının əsas səbəbidir və bundan sonra da belə qalacaq”.
İslam İnqilabının Rəhbəri müqəddəs müdafiə dövründə edilən fədakarlıqların sənət vasitəsilə izah edilməsi lazım olduğunu bildirərək, “Keçmişin böyük hadisələrini sənət vasitəsilə ağıllı şəkildə izah etmək problemlərin həllinə və işlərin tərəqqisinə töhfə verirdi” deyib.
Ayətullah Xamenei: İran İslam Respublikasının ayaqda qalmasının səbəbi xalqımızın səyləridir