Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses sənədlərin tədqiqi ilə davam etdirilib. Növbəti məhkəmə iclası dekabrın 9-na təyin edilib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, bu gün məhkəmə iş üzrə səndələri elan edib və vəkillərin vəsatətlərini dinləyib.
Hakim qeyd edib ki, növbəti iclasda müdafiə tərəfinin vəsatətlərini müzakirə edəcək.
“Müdafiə tərəfi saxta səndələrin iş materiallarından çıxarılması, yalan ifadə vermis şahidlərin cinayət məsuliyyətinə cəlb edilməsi, əlavə sübutların tələb olunması ilə bağlı vəsatətlər verdi. Bəxtiyar Hacıyev də eyni məzminda çıxış etdi. O bildirdi ki, iş materiallarına mənbəyi məlum olmayan sənədlər əlavə edilib. Onun əsasında Hacıyevə qarşı əlavə ittihmalar irəli sürülüb. Həmin sənədlərin haradan, necə əldə edildiyi barədə iş materiallarında hər hansı sübut yoxdur. Qanunvericliyə görə sübutların mənbəyi məlum olmalıdır və mənbəyin mötəbərliyinə görə sübutlar qiymətləndirilməlidir. Bununla bağlı iş materiallarlına daxil edilmiş emailin necə əldə olunması, Daxili İşlər Nazirliyinə necə göndərilməsinin araşdırlmasını tələb etdi. O həmçinin dedi ki, bu email Bakı şəhər Baş Polis İdarəsində açılıb və həmin emaildən özlərinə mesaj göndəriblər. Ona görə, Hacıyev Daxili İşlər Nazirliyinə daxil olmuş emailə baxış keçirilməsini, o emailin nə vaxt və kim tərəfindən göndərilməsini tələb etdi”, Sadıqov qeyd edib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.
Bəxtiyar Hacıyev yalan ifadə verən şahidlərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir