İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubunda əməliyyat keçirib

İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubunda əməliyyat keçirib.

Operativtv APA-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində İsrail Müdafiə Qüvvələri Hizbullahın Bekaadakı raket istehsalı obyekti ərazisindəki bir neçə hərbi nəqliyyat vasitəsini hədəf alıb.

“Suriya-Livan sərhədinə bitişik Hermel bölgəsində silah qaçaqmalçılığı üçün istifadə edilən terror infrastruktur obyektlərinə zərbələr endirilib ki, bunlar da İsrail dövləti üçün təhlükə yaradır və atəşkəs razılaşmalarını pozurdu”, - İsrail rəsmi orqanları bu barədə məlumatda bildirib.

İDF əməliyyat vaxtı yaralanan Livan ordusunun əsgəri ilə bağlı məlumatlı olduqlarını və məsələnin araşdırıldığını qeyd edib.