Xidməti silahdan ehtiyatsız davranan polis xəstəxanada həyatını itirib

Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.