Əsəd: Terror yalnız gücün dilini anlayır

Suriya prezidenti Bəşər Əsəd Hələb və İdlibdəki hadisələrlə bağlı yeni açıqlama verib. Suriya dövlət agentliyi SANA-nın məlumatına görə, Əsəd Abxaziyanın müvəqqəti prezidenti Bədra Qanba ilə telefon danışığı aparıb.

Xəbərə görə, Suriya prezidenti Qanba ilə telefon danışığında "üsyançıları güc tətbiq etməklə məğlub edəcəklər" ifadəsini işlədib və "Terror yalnız güc dilini anlayır və biz bu dillə (terrora) dəstək olanı məğlub edəcəyik" deyib.

Badra Günba Abxaziya Respublikasının Suriyanın yanında olduğunu ifadə edərək, “Suriyanın hazırda üzləşdiyi mütəşəkkil terror hücumlarında Dəməşqin yanındayıq” deyib.

Günba, "Biz inanırıq ki, qələbə son nəticədə Suriya hökumətinə, xalqına və liderlərinə məxsus olacaq" söyləyib.