İğtişaşlar nəticəsində Gürcüstan parlamentinin 48 otağına ziyan dəyib, yeməkxanası tamamilə dağıdılıb

Dünənki aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağa ziyan dəyib.

Operativtv APA-ya istinadən xəbərinə görə, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvili qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb. O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.