Tramp dollardan imtina edən BRICS-i təhdid edib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRICS üzvlərini hədələdi.

O, BRICS ölkələrinin ABŞ dollarını əvəz etməsi müqabilində hər bir ölkənin Amerika ilə vidalaşmalı olduğunu söyləyib.

“BRICS ölkələri dollardan uzaqlaşmağa çalışır. Bu ölkələrdən tələb edirik ki, ya yeni BRICS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda 100 % gömrük rüsumları ilə üzləşəcəklər və  ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar” o qeyd edib.