Gürcüstanda etirazlar davam edir

Hakim “Gürcü Arzusu” ölkənin 2028-ci iləcən Avropa İttifaqına üzvlük danışıqlarından imtina etdiyini açıqlayandan sonra ölkədə etiraz aksiyaları başlayıb.
Aksiyalar gecə boyu yenə polis zoraakılığı ilə müşahidə olunub.
xüsusi təyinatlılar nümayişçiləri dağıtmaq üçün müxtəlif güc vasitələrindən istifadə ediblər. Nəticədə onlarla insan, o cümlədən jurnalistlər yaralanıb.
Onlarla etirazçının saxlanıldığı aksyalarda əsas tələb Avropa İttifaqı ilə danışıqları bərpa etmək və seçkilərə yenidən baxılmasıdır.
Avropa İttifaqı, Baltikyanı ölkələr və ABŞ etirazçılara dəstək ifadə edərək Gürcüstanda demokratik hüquq və azadlıqların qorunmasının vacibliyini vurğulayıblar.
Vəziyyət gərgin olaraq qalır, siyasi dəyişiklik tələbləri gücləndikcə yeni etirazların və qarşıdurmaların baş verməsi gözlənilir.
 
ToplumTV