Ərdoğan and içib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

"Report" xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

R.T.Ərdoğan andiçməyə həyat yoldaşı Əminə Ərdoğan və digər ailə üzvləri ilə birlikdə gəlib. 

Parlamentin iclasına İYİ Partiyadan olan millət vəkili Durmuş Yılmaz sədrlik edib. 1947-ci il təvəllüdlü D.Yılmaz Türkiyə Böyük Millət Məclisinin Dəniz Baykaldan sonra ən yaşlı deputatıdır. D.Baykalın səhhətində problemlər olduğuna və xəstəxanada müalicə aldığına görə toplantıya qatılmayıb. 


*** 17:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

Tədbirdə Azərbaycanın Baş naziri Novruz Məmmədov, eləcə də 22 ölkənin prezidenti, 27 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edir.

R.T.Ərdoğan andiçəndən sonra Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək. 

Andiçmə mərasimi qonaqların şərəfinə ziyafət və mətbuat konfansı ilə davam edəcək.

R.T.Ərdoğanın andiçməsi ilə Türkiyə parlament idarəetmə üsulundan prezident idarəetmə formasına keçmiş sayılacaq.