Qəzzadakı fələstinlidən ABŞ-dakı tələbələrə təşəkkür

Qəzza zolağının cənubundakı Rəfaha sığınan bir fələstinli, yaşadıqları çadırların üzərinə yazdığı yazılarla Qəzzaya dəstək verən ABŞ-da tələbələrə təşəkkür edib.

Rəfaha sığınan 43 yaşlı Əbu Yusuf Hamed Qəzzaya dəstək üçün ABŞ-ın Kolumbiya Universitetində başlayan və dünyanın bir çox universitetlərinə yayılan nümayişlərə səssiz qalmayıb.

Həmid Rəfahdakı çadırların üzərinə "Qəzzə ilə həmrəylik nümayiş etdirən tələbələrə təşəkkür edirik", "ABŞ universitetlərinə təşəkkür edirəm" və "Kolumbiya tələbələrinə təşəkkür edirəm" ifadələrini sprey boya ilə öz minnətdarlığını nümayiş etdirib.

Dünya ölkələrindən bu tələbələri nümunə götürmələrini xahiş edən Həmid, Qəzzanın yanında olan hər kəsə təşəkkür etdiklərini söyləyib.