Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb, İrəvanda 40-dan çox aksiyaçı saxlanılıb

İrəvanda bu gün səhər saatlarından keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 41 nəfərə çatıb.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların saxlanılmasına səbəb polisin qanuni tələblərinə tabesizlik nümayiş etdirmələridir.