UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 68-ci dəqiqədə qonaqların heyətində Alfonso Deyvis açıb. Lakin Madrid təmsilçisi 88-ci və 90+1-ci dəqiqədə Xoselunun vurduğu qollarla geri dönüş edərək qalib gəlib.
İlk görüşdə məhsuldar heç-heçə (2:2) qeydə alındığı üçün Karlo Ançelottinin komandası adını finala yazdırıb.
Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi Almaniyanın “Borussiya Dortmund” komandası olacaq.
“Real Madrid” geri dönüş edərək finala yüksəldi