Bu gün milyonlarla yəmənli Səna şəhərində "Münaqişəyə qarşı münaqişə... Qələbəyə qədər Fələstinin yanındayıq" şüarı ilə Fələstin xalqına dəstək yürüşü keçirib.
Yəmənin müxtəlif şəhər və bölgələrində keçirilən 22 yürüşdən əlavə, Səna şəhərinin Məvalid ən-Nəbi meydanına böyük yürüş keçirilib. Yürüş iştirakçıları Yəmən və Fələstin bayraqlarını açıb, Amerikanın regionda və dünyada yürütdüyü təkəbbürlü siyasətinə qarşı şüarlar səsləndirib, Amerika və İsrail məhsullarını boykot etməyə çağırıblar.
Nümayişçilər Qəzzada hücum və mühasirə bitənə qədər təkəbbürlü Amerika, İngiltərə və sionist düşmənə qarşı Yəmən silahlı qüvvələrinə hər cür dəstək verəcəklərini bəyan ediblər.
Yürüş iştirakçıları “Sənadan möhtərəm Qəzzəyə min dəfə salam” kimi şüarlar səsləndirib və bəyannamələrində Misirin milli təhlükəsizliyi və sionist təhdidinə qarşı mübarizədə Misirlə həmrəy olduqlarını bəyan ediblər. Misirin Rəfah sərhəd qapısına hücum da daxil olmaqla, bu ölkəyə edilən hər cür hücuma qəti şəkildə cavab vermək haqqını dəstəklədiklərini vurğuladılar.
Yürüş iştirakçıları Fələstin xalqına qarşı törədilən bütün cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq üçün ABŞ hökumətinin hiyləsinə düçar olmamaq barədə xəbərdarlıq edərək, vurğulayıblar ki, “Amerika sionist düşmənin əsas dəstəkçisidir və Amerikanın dəstəyi olmadan bu rejim cinayət törətməyə cəsarət etməz”.
Yürüşdə verilən bəyanatda Fələstin xalqının sabitliyi və Fələstin döyüşçülərinin sionist düşmənə qarşı müqaviməti alqışlanıb, ərəb və islam xalqlarından qəzzalıların müdafiəsi üçün məsuliyyət daşımaları istənilib.
Yəmənlilər həmçinin ərəb rejimlərindən ciddi addım atmağı və Fələstin xalqına dəstək üçün faktiki təsirli mövqe sərgiləmələrini tələb ediblər.
Amerika, Avropa və dünyanın müxtəlif ölkələrində universitetlərdə Fələstinə dəstək üçün onlarla tələbə hərəkatını təqdir edən yəmənlilər onlarla həmrəy olduqlarını bildirib və bu hərəkatlara qarşı repressiv hərəkətlərə son qoyulmasını tələb ediblər.
Yəmənlilər də Türkiyənin sionist rejimin külli miqdarda mallarına embarqo qoyduğunu və sionist rejimə külli miqdarda mal göndərilməsini dayandırdığını elan edən mövqeyini yüksək qiymətləndiriblər.
Yürüş iştirakçıları bir daha sionist və amerikalı şirkətləri, sionist rejimi dəstəkləyən bank və malları boykot etmək üçün mütəşəkkil və koordinasiyalı kampaniyaya çağırıblar.
Yürüş iştirakçıları Fələstində, Livanda və İraqda müqavimət mücahidləri və Yəmən silahlı qüvvələrinin düşmən rejiminə qarşı həyata keçirdikləri şücaətli əməliyyatları ehtiramla yad edib, tədbirlərdə və yürüşlərdə səfərbərliyin və maarifləndirmənin davam etdirildiyini vurğulayaraq Fələstin xalqının tək olmadığını deyiblər.
Yəməndə milyonlarla insan "Qələbəyə qədər Qəzzanı dəstəkləyirik" şüarı ilə Fələstinə dəstək yürüşü keçirib