Qəzza zolağında atəşkəs başa çatıb

HƏMAS və sionist rejim atəşkəsin uzadılması üçün verilən müddət başa çatsa da, yeni razılaşma elan etməyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qəzza zolağında bir həftədir davam edən müvəqqəti atəşkəs başa çatıb. HƏMAS və sionist rejim atəşkəsin uzadılması üçün verilən müddət başa çatsa da, yeni razılaşma elan etməyib.

Sionist rejim ordusu sosial media hesabında Qəzza zolağında HƏMAS-a qarşı müharibənin yenidən başladığını bildirən paylaşım edib.

Bəzi ərəb mediasında yer alan xəbərlərə görə, Nusayrat bölgəsinin şimal-qərbində şiddətli atəş və artilleriya atəşi davam edərkən, Əl Bureyc bölgəsinin şərqində də şiddətli qarşıdurmalar yaşanır.

Sionit tərəfindən səhər saatlarında verilən yazılı açıqlamada Qəzza zolağı sərhədindəki yaşayış məntəqələrində xəbərdarlıq sirenlərinin səsləndiyi və Qəzzadan atılan raketin havada məhv edildiyi bildirilib.