Qəssam Briqadalarının yüksək rütbəli nümayəndəsi Heysəm Balidi şəhid olub

HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının yüksək vəzifəli şəxslərindən olan Heysəm Balidi sionist İsrailin öz maşınına pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində şəhid olub.

Fələstin xəbər agentliyi WAFA, qatil İsrail ordusunun avtomobildə olan Heysəm Balidiyə pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumu təşkil etdiyini açıqlayıb. İki raketlə vurulan vasitədə olan Balidi şəhid olub.

Balidinin HƏMAS-ın Tulkərimdəki hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandirlərindən biri olduğu paylaşılıb.