Qazaxıstanda dəhşətli yanğın: 13 ölü

Qazaxıstanın Almatı şəhərində səhər saatlarında yataqxanada baş verən yanğında 13 nəfər həyatını itirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində yerli vaxtla saat 05.30 radələrində naməlum səbəbdən hostelin zirzəmisində yanğın baş verib. Əraziyə təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Almatı Şəhər Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada yanğınsöndürmə qrupunun 13 nəfərin cəsədinə çatdığı açıqlanıb.

İlkin məlumata görə, ölümün səbəbi dəm qazından zəhərlənmə olsa da, dəqiq səbəblər araşdırılır.

Yataqxanada olan 72 nəfərdən 59-nun öz imkanları ilə binanı tərk etdiyi, həmin şəxslərin yaşayış və yeməklə təmin olunduğu bildirilib.