Ordumuz Türkiyədə: “Terrorçu lider” zərərsizləşdirildi

Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası və Səudiyyə Ərəbistanından olan hərbçilərin iştirak etdiyi “Anadolu Ankası-2018” təlimlərində terror qruplaşması liderinin zərərsizləşdirilməsi əməliyyatı imitasiya edilib.

Axar.az xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsindəki şərti terror qruplaşması liderinin avtomobilinin bombalanması, daha sonra isə cəsəddən DNT nümunəsi götürülərək test aparılması prosesini ABŞ hərbçiləri də izləyib.

Xatırladaq ki, 26 iyunda başlayan beynəlxalq təlimlər sabah başa çatacaq. Ölkə sərhədlərindən kənarda terrorla mübarizə əməliyyatlarının aparılması üçün sınaq laboratoriyası rolunu oynayan təlimlər 61 saat gündüz, 40 saat da gecə şəraitində keçirilib.