Ənsarullah Qırmızı dəniz və Hind okeanında 2 ABŞ gəmisini hədəfə alıb

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dəniz və Hind okeanında 2 gəmini hədəf aldıqlarını açıqlayıb.

 

Yəmən Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri Əl-Mesira televiziyasında yayımlanan çıxışında məsələ ilə bağlı açıqlama verib.

Səri, Ənsarullahın dəniz qüvvələrinin iki hərbi əməliyyat keçirdiyini, bunlardan birinin Amerikanın "OLYMPIC RUH" adlı neft gəmisinə qarşı olduğunu bildirib.

Sözçü Səri, Qırmızı dənizdə 11 ballistik raket və 2 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınan Amerika gəmisinin birbaşa ağır zərbələrə məruz qaldığını bildirib.

Hind okeanında "ST.JOHN" adlı gəmiyə qanadlı raketlə ikinci hücumu həyata keçirdiklərini və gəminin birbaşa zərbə aldığını söyləyən Səri deyib:

"Silahlı Qüvvələr İsrailin Qəzza zolağına hücumları dayandırılana qədər İsrailə və onun havadarlarına qarşı hərbi əməliyyatları genişləndirməkdən çəkinməyəcək."

 

 

Az.rasthaber.com