Ənsarullah Britaniya neft gəmisini hədəf alıb

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizdə İngiltərənin neft tankeri Cordelia Moon-a hücum həyata keçirdiklərini açıqlayıb.

 

Ənsarullah Yəmənin Hudeyda şəhərindən təxminən 64 dəniz mili şimal-qərbində, Qırmızı dənizdə bomba yüklü qayıqla Britaniyanın Cordelia Moon neft tankerinə hücum edib. Ənsarullah Hərəkatı hücumun görüntülərini yayımlayıb.

Görüntülərdə gəmidəki təhlükəsizlik işçilərinin bomba yüklü qayığa atəş açdığı, lakin hücumun qarşısını ala bilmədiyi görünür.

Gəmiyə dəyən zərərin miqyası hələ məlum olmasa da, can və mal itkisi ilə bağlı açıqlama verilməyib.