Fransanın Alforvil və Valans şəhərlərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna səfəri Azərbaycan qanunvericiliyinin və beynəlxlaq hüququn kobud şəkildə pozulmasıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 11-də bəyanat yayıb.
Bu səfərlər Fransa və Azərbaycan arasında sazişlərə və Fransa qanunvericiliyinə ziddir, deyə bəyanatda bildirilir.
Alforvil və Valans nümayəndə heyəti bu ilin sentyabr və oktyabr aylarında Dağlıq Qarabağa səfər edib, separatçı rejimin nümayəndələri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Bakı fransalı merlərin Dağlıq Qarabağ səfərini pisləyir
Oxşar xəbərlər