BMT-dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik

Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.

News12.az-ın məlumatına görə may ayının 18-də BMT-nin rəsmi saytında yayımlanan məlumatda qondarma respublikanın “Azərbaycan-Qarabağ” münaqişəsi barədə mövqeyi  əks olunub. (məlumatı bu linkdən oxuya bilərsiniz: undocs.org/en/A/72/858)

Məlumatda dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər təhrif olunaraq  münaqişənin Azərbaycanın aqressiv siyasəti nəticəsində həll olunmaması qeyd olunaraq bildirilir ki, “Azərbaycan-Qarabağ” münaqişəsi başlayandan Azərbaycan tərəfi qondarma Artçax əhalisinin hüquqlarını kobud surətdə pozaraq onlara qarşı beynəlxalq aləmdən təcrid olunma siyasəti  yürüdür.

Azərbaycanın münaqişəni  hərbi yolla həll etməkdə israrlı olması, təkcə dağlıq Qarabağ xalqı üçün deyil ümumilikdə region üçün təhlükədir.