Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 596 bal toplayıb heç bir ali məktəbə qəbul oluna bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib.
Mərkəzdən bildirilib ki, abituriyent Əsgəri İbrahim Əli oğlu ilə bağlı məsələ araşdırılıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan həmin şəklə fotoşop proqramı ilə müdaxilə edilib: “Həmin proqramla abituriyentin topladığı bal daha yüksək göstərilib və belə təəssürat yaradılıb ki, o, yuxarı bal toplasa da heç bir ali məktəbə qəbul ola bilməyib. Belə hallar daim müşahidə olunur. Bəzən abituriyentlər öz valideynlərinə, yaxud da kimlərəsə nəticəsini göstərməklə bağlı tərəddüd edir. Hətta DİM-ə müraciət edən valideynlər bildirirlər ki, övladının dediyi balla yekun nəticə üst-üstə düşmür”.
DİM-dən bildirilib ki, həmin abituriyent əslində daha aşağı bal toplayıb: “Ona görə də müsabiqədən keçməyib. Sadəcə toplanan bal şəxsi göstərici olduğundan dəqiq rəqəmi demək mümkün deyil. Amma ixtisas üzrə keçid ballarında da aşağı nəticə göstərib. Bu 300 baldan da aşağıdır”.
Qeyd edək ki, Əsgəri İbrahim Əli oğlu IV ixtisas qrupu üzrə imtahan verib. Sosial şəbəkələrdə yayılan şəklə əsasən o, yay imtahanında 596 bal toplasa da, müsabiqədən keçə bilməyib.
596 bal toplayıb tələbə ola bilməyənə rəsmi cavab

Oxşar xəbərlər