Paşinyanın oğlunun həyatı təhlükədədir

Paşinyan oğlunun əsgər getməsindən şou düzəldib erməniləri aldadır, “Qarabağ klanı” Paşinyanı oğlunun Qarabağda olmasından istifadə edərək təhdid edir

Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçməsi barədə maraqlı məlumatlar yayılıb. Belə ki, N.Paşinyan oğlunun Qarabağa könüllü olaraq hərbi xidmətə getməsindən şou yaradıb bütün ölkə KİV-də reklam etməsinə baxmayaraq, həqiqətin əsil üzü ortaya çıxıb. 

Məlum olub ki, baş nazirin oğlu Aşot Paşinyan heç də bəyan edildiyi kimi sadə ermənilərlə birlikdə döyüş postlarında xidmət etmir, əksinə, hərbi xidmət şəraitinə görə ən elit hərbi hissə sayılan, heç bir döyüş postu olmayan, işğalçı ordunun Xankəndi şəhərində dislokasiya olunmuş 8-ci mərkəzi müdafiə rayonunda (46492 h/h) xidmətini davam edir. 

Həmçinin Nikol Paşinyanın oğlunun hərbi hissədən kənarda yaşaması üçün Xankəndində ev axtarıldığı da bilirilib.

Paşinyan və oğlu barədə gerçək xəbərləri ictimaiyyətə çatdıran, “Qarabağ klanı”na, xüsusən Kocaryana yaxınlığı ilə bilinən erməni mətbuatının yazdığına görə, hazırda Paşinyan hakimiyyəti ilə mövqeləri zəiflədilməyə çalışılan “Qarabağ klanı” arasında gərginlik davam edir. Paşinyanın oğlunun hazırda Qarabağda olduğunu vurğulayan “Qarabağ klanı”na yaxın mənbə Ermənistanda qeyri-döyüş itkilərinin sayının arta biləcəyini də istisna etməyib.