NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin valideynləri onun durumu ilə bağlı həyəcan təbili çalır. Anası Atlas Hüseynova dünən keçirdiyi mətbuat konfransında bildirib ki, ilkinin fiziki məhv edilmək təhlükəsi var.
A.Hüseynovanın sözlərinə görə, həbsdə olduğu 5 ildən artıq müddətdə İlkin zaman-zaman təzyiqlərə məruz qalıb, amma baş verənləri ictimailəşdirməyib. Hətta ailə üzvlərini narahat etməmək üçün çox şeyləri onlara da deməyib.
Oğlunun ölkədə ən ağır şəraitli cəzaçəkmə müəssisələrindən biri olan 13 saylıda saxlandığını xatırladan ana bildirib ki, son vaxtlar İlkinə qarşı təzyiqlər artıq. Vəziyyət elə bir həddə çatıb ki, baş verənləri ictimailəşdirmək məcburiyyətində qalıblar: “İlkinin adil hüquqlarını da pozurlar. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, amma əməliyyatdan sonra müəssisənin tibb hissəsində qalmasına icazə verilməyib. Hamı bu ölkənin vətəndaşıdır, cinayətkarı da, günahsızı da. Hər kəsin də qanunla verilmiş hüquqları təmin olunmalıdır. Hamı da bilir ki. İlkin heç bir günahı olmadan beş il yarımdır cəza çəkir. Bilmirəm ki, bunlar İlkindən nə istəyir. Günahsız adama 8 ili vermisiz, çəkir, daha nə istəyirsiz? Xahiş eləmirəm, tələb edirəm, əlinizi çəkin övladımın üzərindən. İlkin həbs olunanda 20 yaşı vardı, artıq 26 yaş var. Nədir İlkinin günahı? Öz həmyaşıdları olan əsgərlərin dic şəraitdə komandirlər, zabitlər tərəfindən öldürülməsinə etiraz edirdi. Bu ölkədə gənclərin hamısı “hə” deməlidir? “Yox” deyən, səhvləri dilə gətirən olmamalıdır? Yaltaq gənclər ölkəni uçuruma aparır”.
Anasının sözlərinə görə, İlkinə qarşı təzyiqlərin əsas səbəbi onun əfv ərizəsi yazmaqdan imtina etməsidir. A.Hüseynovanın sözlərinə görə, oğlunun əfv ərizəsi yazmaq istəməməsinin səbəbi var. İlkin hesab edir ki, belə bir ərizə yazmaq cinayət törətdiyini etiraf etmək, şər-böhtanları qəbul etmək anlamına gəlir.
Anasının dediyinə görə, İlkinə qarşı zorakılıq halları da olub: “Ona qarşı təxribat törətmək üçün başqa müəssisədən adam gətiriblər. Beynəlxalq təşkilatlara, cəmiyyətə səslənirəm. Təkcə İlkini görə yox, günahsız, haqqı dediyinə görə həbs olunan bütün siyasi məhbusları müdafiə etməyə çağırıram. İlkingil 8 nəfər həbs olunmuşdu, niyə hamı buraxıldı, bircə İlkini saxladılar?”
A.Hüseynova bildirir ki, oğlunun nə siyasi ambisiyası var, nə də hakimiyyət davası edir: “Səlahiyyət sahiblərinə, bu işdə hökm verənlərə səslənirəm, özünüzü lənət yuvası eləməyin. Azadlıq İlkinin haqqıdır. Onu azad edin”.
A.Hüseynova oğlunun telefon zənglərinə qoyulan məhdudiyyətlərdən də danışıb: İlkin əməliyyatçıya nömrəni və ailəsinə nə demək istədiyini bildirməlidir. “Təsəvvür edin, İlkin zəng eləməyə gələndə başının üstündə xüsusi əməliyyatçı dayanır. İlkin nömrəni, telefonda demək istədiklərini əməliyyatçıya bildirməlidir. Əməliyyatçı zəng eləyib onları çatdıracaq və ailə üzvlərinin də cavabını alıb İlkinə deyəcək. Bu nə deməkdir? Ona görə İlkin zənglərdən imtina edib”.
A.Hüseynova Penitensiar Xidmətə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinə müraciət edib: “Bu yolda sonadək mübarizə aparacam, bütün lazımi addımları atacam. Razı ola bilmərəm ki, övladımı dirigözlü öldürsünlər. Proseslər İlkinin fiziki məhvinə doğru aparır”.
İlkin Rüstəmzadənin atası da oğlunun saxta ittihamla həbs olunduğunu vurğulayaraq bildirib ki, həbs olunan 8 nəfərdən yalnız İlkin şəhərdən xeyli uzaq, dözülməz şəraitli 13 saylı müəssisəyə göndərildi: “Bu da İlkinə ayrıca cəza idi. Niyə? İlkin bu ölkənin öndə gedən gənclərindən biridir”.
Xatırladaq ki, İlkin Rüstəmzadə 2013-cü ildə keçirilən “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçılarından biridir. Həmin aksiyadan dərhal sonra o, daha yeddi nəfərlə birlikdə şərlənərək həbs olunub. İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib. “Amnesty İnternational” İlkin Rüstəmzadəni “vicdan məhbusu” elan edib.
Azadliq.info
İlkin Rüstəmzadənin anası: “Proseslər İlkinin fiziki məhvinə doğru gedir”

Oxşar xəbərlər