Əli Kərimlidən İlkin Rüstəmzadəyə ad günü təbriki

AXCP sədri Əli Kərimli Facebook səhifəsində həbsdə olan NİDA-çı İlkin Rüstəmzadəni ad günü münasibətilə təbrik edib:

Təbrikdə deyilir:

“İlkin Rüstəmzadənin öz azadlığı bahasına qoruduğu o əsgərlərin və onların valideynlərinin İlkin bəydən xəbərləri varmı? İlkin bəy “Әsgər ölümünə son!” mitinqini təşkil etdiyi üçün 20 yaşından həbsdədir. Bu gün 6-cı ad gününü də məhbəsdə keçirir. Rejim İlkin bəyin gəncliyinin ən gözəl illərini ondan oğurladı. Orduda böyük dəyişiklik olmasa da, İlkin bəyin təşkil etdiyi mitinq öz təsirini göstərib. Ordudakı əsgər ölümləri əvvəlki illərlə müqayisədə qismən azalıb. Hazırda həyatda olan minlərlə gəncimiz məhz İlkin bəyin və digər mübariz insanların keçirdiyi “Әsgər ölümünə son!” mitinqinin sayəsində həyatdadırlar. Fədakar insanların qədrini bilməliyik. Əziz İlkin bəyi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona tezliklə azadlıq, uzun ömür və xoşbəxtlik arzulayıram!”