'Daha çox, ailəm, azyaşlı körpələrim üçün narahatam''
“Polis nəzarətindəyəm. 24 saat qapımızda polis postu var. Novruz bayramı günündən, heç bir səbəb göstərilmədən bizə kimsəni buraxmamaqla bağlı qərar qəbul ediblər. Hətta anasına və qardaşına həsrət qalan doğma bacılarımı, onların uşaqlarını belə bizə gəlməyə qoymurlar”.
Bunu Meydan TV-ə polisin 2015-ci il noyabrın 25-də keçirdiyi Nardaran əməliyyatında yaralanaraq iflic olan, hazırda ev həbsinə buraxılan Əbülfəz Bünyatov deyib.
Onun sözlərinə görə, qadağa səbəbini öyrənməyə çalışsa da cavab birdir “yuxarıdan tapşırıq var, olmaz”.
Ə.Bünyatov vurğulayıb ki, iflic olduğundan fəaliyyəti sıfra bərabərdir. Bu baxımdan yardıma möhtacdır:
“Problemim var, daha doğrusu məni çətinliklərlə sıxırlar. Hər gün yarana biləcək təhlükə məni bir az da sıxır. Daha çox, ailəm, azyaşlı körpələrim üçün narahatam”.
O bildirib ki, hər gün iki əmisinin oğlu gəlir, gündə bir neçə dəfə olmaqla onu müxtəlif istiqamətlərə çevirirkər ki, yataq yaraları sağalsın. Bundan əlavə, iki dəfə sarğı olunaraq üzü üstə çevirir, geyimini (təbii ehtiyacları ödəyə bilmir) dəyişirlər.
“Çimməyim də yalnız onların yardımı ilə evdə olur”.
Ə.Bünyatov deyir ki, bundan əlavə, bacısının 11-12 yaşlı uşaqları hər gün yanına gəlirlər:
“Gündəlik təminat üçün mağazaya və bu kimi işlərimizə gedirlər. Bizim iki uşaq baxçaya gedir. Birinin üç yaşı hələ tamam olmayıb deyə evdədir. Böyük oğlumun 14 yaşı var. Ancaq beyin iflici olduğundan yataq xəstəsidir. Şüur inkişafi yoxdur. Anam da bizimlə yaşıyır. Şəkər və hipertoniya səbəbindən evdən çölə çıxa bilmir”.
Ə.Bünyatov deyir ki, bu baxımdan gündəlik ailə təminatına ehtiyacları var:
“Həyatda cəmi iki bacım var. Onların da ölümlə çarpışan yeganə qardaşları mənəm. İndi əsas məsələni deyim.
Ə.Bünyatov düşdüyü durumdan narahatdır.
“Məni bu təcriddə bir neçə şey narahat edir. Yoldaşım belə hər dəfə uşaqları baxçaya aparıb gətirəndə, mağazaya gedib gələndə onu saxlayır, çantasına baxış keçirirlər. Bütün bu hallar özümə və ailəmə təxribat olacağından xəbər verir. Çox narahatam. Düzü, hansı orqanın bütün bunları nəzarət altında saxladığını, kimə müraciət edəcəyimi bilmirəm. Anamın bu yaşında övladlarına həsrət, həbsxanada həyat sürməsinə isə inanın ürəyim ağrıyır. Hər gün gözü qapıda qızları, nəvələri üçün narahatdır. Onsuz da ağrılardan parçalanan səhhətim, məni lap əsəb xəstəsi edib. Ailəmə, anam və övladlarıma qarşı ola biləcək təxribatdan narahatam”.
Nardaran əməliyyatında həbs olunan “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və daha 16 nəfərin məhkəməsi 2017-ci il yanvarın 25-də başa çatıb. Onlara 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib.
Ə.Bünyadovun vəziyyəti ağır olduğundan o, 1 il 1 ay həbsdə saxlandıqdan sonra buraxılaraq polis nəzarətinə verilib. Onun və Nardaran hadisələrindən sonra axtarışa verilib, bir il əvvəl həbs olunan Elxan İsgəndərovun məhkəməsi 2017-ci ilin avqustunda başlayıb. Lakin vəziyyəti ilə əlaqədar onu məhkəməyə gətirmək mümkün olmurdu. O, Təcili Tibbi Yardımla məhkəməyə gətirilib-aparılır.
Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah-sursat saxlama), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə ittiham olunur. E.İsgəndərova da qəsdən adam öldürmədən başqa digər ittihamlar verilib. Lakin onların heç biri özünü təqsirli bilmir.
Nardaran əməliyyatında iflic olan şəxs: Kimsəni bizə buraxmırlar

Oxşar xəbərlər