“Opta” 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olmağa namizəd ölkələri açıqlayıb.
İspaniya milli komandası mundialın əsas favoriti hesab olunur. Bu yığmanın çempionluq şansı 17 faizdir.
İkinci yerdə Fransa millisi (14,1 faiz), üçüncü pillədə İngiltərə seçməsi (11,7 faiz) yer alıb.
Son dünya çempionu Argentinanın ardıcıl ikinci dəfə turnirin qızıl medallarını qazanmaq şansı 8,7 faizlə qiymətləndirilib.
Qeyd edək ki, dünya çempionatı iyunun 11–dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 yığma mübarizə aparacaq.
Futbol üzrə dünya çempionatının əsas favoritləri açıqlandı