Türkiyə sahilləri yaxınlığında daha bir rus gəmisinə hücum

Rusiyadan Gürcüstana günəbaxan yağı aparan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən təxminən 80 mil aralıda hücuma məruz qalıb.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat verib.

İnsident zamanı 13 nəfərlik heyət yardım tələb etməyib və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Məlumata görə, tanker hazırda Türkiyənin Sinop istiqamətində hərəkətini davam etdirir.