"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı bəyanat verib.
Təşkikatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev deyib ki, Ə.Kərimlinin həbsi Azərbaycanda "avtoritar praktikanın möhkəmləndirilməsi prosesində növbəti qəbuledilməz haldır".
"Hakimiyyətin bütün siyasi müxalifəti əzmək və ölkədə hər cür fərqli fikri boğmaq kampaniyasının sərhədsiz olduğu görünür. Az adam açıq şəkildə hakimiyyəti tənqid etməyə cəsarət etsə də, müxalifət liderinin həbs edilməsi, onunla əlaqəni tam kəsmək və ‘hakimiyyəti ələ keçirməyə cəhd’ kimi şübhəli ittihamlar irəli sürmək, Azərbaycan hökumətinin nə qədər irəli gedə biləcəyinə dair tərəddüdü olan hər kəsə qorxuducu mesaj verir", - o qeyd edib.
Krivoşeyev bildirib ki, hakimiyyət orqanları Ə.Kərimli barəsində iddia edilən cinayət əməli ilə bağlı "ağlabatan sübut təqdim edə bilmirsə onu azad etməlidirlər".
"İndiyə qədər isə onu qəfil saxlayıb ünsiyyətdən tam təcrid etməklə, beləliklə də ədalətli məhkəmə hüququnu pozmaqla yalnız bir şeyi nümayiş etdiriblər: müxalifət nümayəndələrini, akademikləri, jurnalistləri və fəalları hədəf alan siyasi motivli həbslər dalğasını daha da irəli aparmaq əzmində olduqlarını", - o əlavə edib.
Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.
M.İbrahim barəsində də 2 ay yarım həbs qətimkan tədbiri seçilib.
Hökumətyönlü mətbuatda iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.
AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər.
Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil.
Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.
AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
"Amnesty International": 'Əli Kərimlinin həbsi avtoritar praktikanın möhkəmlənməsinin daha bir sübutudur'