Britaniyadan İsrailə kəskin xəbərdarlıq: “Qəzza yardımı bir il gözləyə bilməz!”

 “Qəzzaya yardımın gecikməsi artıq qəbuledilməzdir”

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper İsrailin Qəzzaya humanitar yardımın girişini uzun müddət ləngitməsini kəskin tənqid edib. O bəyan edib ki, Qəzza əhalisi kritik humanitar böhranla üzləşərkən yardımın bir ildən çox yubanması “tamamilə yolverilməzdir”.

 

 “Bu, yalnız bərpa prosesinin ilk addımıdır”

Kuper bu reaksiyanı London tərəfindən göndərilən və içində 1100-dən çox çadır olan yardım paketinin Qəzzaya çatmasının bir il çəkməsindən sonra verib.

Nazir bildirib ki, Britaniya tərəfindən maliyyələşdirilən digər humanitar paketlərin də Qəzzaya çatmaması ilə bağlı ciddi narahatlıq mövcuddur. O qeyd edib ki, atəşkəs elan olunmasına baxmayaraq, yardımın qarşısı hələ də sistemli şəkildə alınır.

Kuper əlavə edib ki, Qəzza əhalisinin dəstəksiz qalması vəziyyətin daha da pisləşəcəyinə işarədir.

 

London keçidlərin dərhal açılmasını tələb edir

Kuper bildirib ki, humanitar yardımların qarşısının alınması milli təhlükəsizlik bəhanəsi ilə əsaslandırıla bilməz. Onun sözlərinə görə, bütün keçidlərin dərhal və fasiləsiz şəkildə açılması həyati əhəmiyyət daşıyır:

“Əgər keçidlər açılmasa, yardımlar Qəzzaya çata bilməyəcək və böhran dərinləşəcək”.

O həmçinin hazırkı vəziyyəti “son dərəcə təhlükəli” kimi qiymətləndirib.

“Bu, yalnız bərpa prosesinin ilk addımıdır”

Kuper vurğulayıb ki, Qəzzaya çatan yardım partiyası sevindirici olsa da, bu, yalnız uzun və genişmiqyaslı bərpa prosesinin başlanğıcıdır. O qeyd edib ki, Qəzzanın yenidən qurulması üçün davamlı və maneəsiz humanitar yardım axını vacibdir.