Belçika XİN: Rusiya aktivlərinin müsadirəsindən imtina edilməlidir

Belçika Xarici İşlər Nazirliyi Rusiya aktivlərinin müsadirəsindən imtina etməyə və Ukraynanın maliyyələşdirilməsini “klassik ümumevropa krediti” vasitəsilə həyata keçirməyə çağırıb.

Bu barədə krallığın xarici işlər naziri Maksim Prevo “X” sosial şəbəkəsində yazıb.

“Ukraynaya təcili lazım olan maliyyə dəstəyini göstərməyin ən yaxşı yolu klassik ümumavropa borc mexanizmindən istifadə etməkdir”, – Prevo qeyd edib.