Ankarada Azərbaycan səfirliyinin qarşısında Azərbaycanda hicab qadağasına etirazla bağlı aksiya keçirilib. Aksiya axşam saatlarında baş tutub. Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Aksiyada “Başörtüsü Allahın əmridir!”, “Hicab Allahın əmridir!” şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu məktəbli geyimi və hicab haqda danışıb. O, Azərbaycan hakimiyyətini orta məktəblərdə qız uşaqlarının hicabla məktəbə gəlməsinə qoyulan qadağanı artıq Türkiyənin də geridə qoyduğu pis örnək olduğuna diqqət çəkib.
Xatırladaq ki, oktyabrın 3-də İstanbulda Azərbaycan baş konsulluğu qarşısında da oxşar aksiya keçirilmişdi. Həmin tədbirdə hicab şüarları ilə yanaşı, Azərbaycanın xarici siyasəti və İsraillə münasibətləri də hədəfə alınmışdı.
Ankarada Azərbaycan səfirliyinin qarşısında aksiya keçirilib

Oxşar xəbərlər