Həbsxana sıxlıq olsa da, Ədliyyə məhbusların hüquqi azadlığını təmin etmək istəmir

“Onlarla məhbusun 2/3 hüququ çoxdan çatıb. Bu barədə həbsxana rəhbərliyinə də müraciət edilib. Rəhbərlik bildirir ki, onlar da məlum vəziyyət, xüsusən də həbsxanalarda sıxlıqla bağlı məhbusların vaxtından əvvəl buraxılmasına ehtiyac duyulduğunu söyləyiblər. Lakin Ədliyyə Nazirliyi Baş İdarə sankı deyilənləri eşitmir deyə heç bir dəyişiklik baş vermir.”

Problem 17 saylı cəzaçəkmə müəsisəsindən sayları yüzdən artıq olan məhbuslar tərəfindən səsləndirilsə də, eyni vəziyyət digər cəzaçəkmə müəsisələrində fərqli deyil. Məhbus sıxlığından bəziləri hətta yerdə yatmağa məcbur qaldıqları cəzaçəkmə məsisəsində bir çox məhbuslar həbs dövrlərinin əsas hissəsini artıq bitiriblər. Qanun, eyni halda həbsxana da onlara müsbət xasiyyətnamə verərək vaxtından əvvəl azadlıq hüquqlarını tanıyır. Lakin Ədliyyənin qərarı ilə məhkəmənin təşkil edilərək müraciətlərin icrası Baş İdarə tərəfindən heç cür təşkil edilmir.

“Hal-hazırda 17 saylı müəsisədə 200-dən çox inanclı var, hansı ki, onlardan 30-dan artığı din xadimi-ruhanilərdir. Hər kəs də bu şəxslərin dini inancına görə həbs edildiyini, günahlarının yalnız inanca sahib olduğunu yaxşı bilir. Sankı bunu bilə-bilə onların həbsi uzadılaraq qanunla vaxtından əvvəl azad olmaq haqları məhdudlaşdırılaraq həbsxanaya məhkum ediliblər.

Təsəvvürünüzə gəlməz, onların bəziləri burada geri dönüşü olmayan xəstəliklər belə tapıb, bəziləri valideynlərinin, bəziləri övladlarının belə ölüm xəbərini burada alaraq ailəsi ilə birlikdə olmaqdan məhrum olunublar. Məsələ ilə bağlı müəsisə rəhbəri Şəfaət Abbasova müraciət edildikdə o bildirir ki, dəfələrlə bu problemi rəhbərlik önündə qaldırıb. Lakin məhkəmələrin başlanılmasına hələ ki, start verən yoxdur.”

Yay gəlincə həbsxanalarda şəraitsizlik, anti-sanitar vəziyyət, sıxlıq, keyfiyyətsiz qida, suyun məhdudiyyətlə verilməsi kimi problemlər hələ də günahsız həbs edilən bir çox məhbusları bu şəraitə dözməyə məcbur edir.