İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi “Həşdi Şabi”nin (Xalq Səfərbərlik Qüvvələri) dövlətin rəsmi hərbi qurumu olduğunu və birbaşa Silahlı Qüvvələrin Baş Komandanına (Baş nazirə) tabe olduğunu bəyan edib.
Bu barədə Shafaqna-nın İraq bölməsi xəbər yayıb.
Qeyd olunur ki, Komitə üzvü Səqr əl-Məhəmmədavi verdiyi açıqlamada parlamentin qanunvericilik tətilində olmasına baxmayaraq, fəaliyyətini dayandırmadığını, rəyasət heyəti, siyasi bloklar və ixtisaslaşmış komitələr arasında görüşlərin davam etdiyini bildirib.
“Həşdi Şabi” İraq dövlətinə və Baş nazirə bağlı rəsmi hərbi təsisatdır və bu xəttdən geri addım atılması mümkün deyil”, — deyə deputat vurğulayıb. O, həmçinin əlavə edib ki, bu qüvvələr dövlətin təhlükəsizlik və hərbi sisteminin ayrılmaz tərkib hissəsidir, onun hüquqi və ya institusional statusuna toxunmaq barədə heç bir niyyət mövcud deyil.
Əl-Məhəmmədavi parlamentin tətildən sonra “Həşdi Şabi” ilə bağlı xüsusi qanun layihələri üzərində işi bərpa edəcəyini diqqətə çatdırıb:
“Xalq Səfərbərlik Qüvvələri Heyəti haqqında qanun və onun əməkdaşlarının pensiya təminatı qanunu komitəmizin diqqət mərkəzində olan və növbəti mərhələdə parlamentin prioritetləri sırasına daxil ediləcək mühüm sənədlərdir.”
Komitə rəsmisi qeyd edib ki, əsas məqsəd bu qurumun fəaliyyətini tənzimləyən və əməkdaşlarının hüquqlarını qoruyan qanunların qəbul edilməsidir. Bu addım həm təsisatın hüquqi bazasını möhkəmləndirəcək, həm də ölkədə institusional sabitliyi gücləndirəcək.
Sonda deputat komitənin tətil dövründə də təhlükəsizlik və qanunvericilik sahəsindəki mühüm sənədlərin icrasını və cari hərbi məsələləri yaxından izlədiyini diqqətə çatdırıb.
Bağdad: “Həşdi Şabi” rəsmi hərbi qurumdur və statusuna toxunulmayacaq