Azərbaycanda Repressiyaya Son Kampaniyası Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin son illərdəki istiqamətini tənqid edən yeni hesabat dərc edib. “Prinsipləri alverə çevirmək: Azərbaycanda insan hüquqları böhranı - Avropa İttifaqı enerji və geosiyasəti üstün tutur” adlı sənəddə bildirilir ki, Aİ Azərbaycanla əməkdaşlıqda insan hüquqları, demokratiya və hüququn aliliyi kimi prinsipləri getdikcə daha çox enerji təhlükəsizliyi və geosiyasi hesablamalara tabe edir.
Sənəddə qeyd olunur ki, bu dönüşün simvolik nümunələrindən biri 2025-ci ilin aprelində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri olub. Hesabata görə, səfər zamanı insan hüquqları mövzusu demək olar ki, gündəmə gətirilməyib.
Hesabat müəllifləri bildirirlər ki, Aİ-nin bu yanaşması Azərbaycanda daxili siyasi mühitin sərtləşməsi ilə paralel gedir. Sənəddə avtoritar idarəçilik modelinin möhkəmləndiyi, siyasi məhbusların sayının rekord səviyyələrə çatdığı və müstəqil medianın “demək olar ki, məhv edildiyi” qeyd olunur. Bu mənzərə fonunda Aİ-nin səssizliyinin Bakıda daha dərin repressiyalar üçün “yaşıl işıq” kimi qəbul edildiyi vurğulanır.
Qeyd olunur ki, Aİ ən sərt repressiya dalğalarından birini yaşayan ölkə ilə münasibətləri yaxınlaşdırmağa çalışır.
“Azərbaycan müstəqil vətəndaş cəmiyyətini, media məkanını və müxalif siyasətçiləri məhdudlaşdırıcı qanunvericilik, cinayət təqibləri, təzyiq və etirazçılara qarşı polis zorakılığı ilə susdurub. İnsan hüquqları müdafiəçiləri, hüquqşünaslar, jurnalistlər, siyasətçilər, vətəndaş fəalları və alimlər özbaşına həbslər, qarayaxma kampaniyaları, məcburi etiraflar, qanunların sui-istifadəsi və təkadamlıq kamerada saxlanma ilə üzləşirlər. Müstəqil QHT-lər qeydiyyatdan keçə və maliyyəyə çıxış əldə edə bilmir; müstəqil media qurumları bağlanıb. Ən azı 400 siyasi məhbusla Azərbaycan Avropa Şurasına qoşulduqdan bəri ən yüksək göstəriciyə çatıb,” - kampaniyanın Rəhbər Komitəsinin üzvü, insan hüquqları üzrə hüquqşünas Səməd Rəhimli Azərbaycan daxilində vəziyyətin miqyasını belə təsvir edir.
Hesabatda Aİ-nin insan hüquqları və hüququn aliliyi üzrə dialoqa marağın zəif olduğu bir şəraitdə Azərbaycanla strateji enerji memorandumunu imzalaması da tənqid olunur. Kampaniyanın Rəhbər Komitəsinin üzvü, iqtisadçı və insan hüquqları müdafiəçisi Zöhrab İsmayıl bildirir ki, enerji gündəliyi Aİ-nin yanaşmasını nəzərəçarpacaq dərəcədə dəyişib:
“2022-ci il enerji memorandumundan sonra təbii qaz, bağlantılılıq və Orta Dəhliz kimi mövzular Aİ-Azərbaycan münasibətlərində ön plana çıxaraq insan hüquqları və demokratik standartlarla bağlı narahatlıqları kölgədə qoyub. Azərbaycan Aİ-nin ümumi enerji idxalında yalnız kiçik paya sahib olsa da, diversifikasiya üzrə siyasi iradə Bakının təsir imkanlarını artırıb. Nəticədə enerji və ticarət əməkdaşlığı çox vaxt Azərbaycanın dərinləşən avtoritarlaşmasından ayrı tutulub”.
Müəlliflər Aİ-nin əlində ciddi təsir mexanizmlərinin olduğunu xatırladırlar: İttifaq Azərbaycanın əsas ixrac bazarı və ən böyük investorlarından biridir. Lakin hesabatda iddia olunur ki, bu vasitələr faktiki olaraq işə salınmır və yüksək səviyyəli siyasi dialoq insan hüquqları böhranından “izolyasiya olunmuş” şəkildə davam etdirilir.
Sənəd Aİ daxilindəki yanaşma ziddiyyətlərinə də yer ayırır. Hesabata görə, Avropa Parlamenti Azərbaycanla münasibətlərdə daha sərt şərtləndirmə, sanksiyalar və 2022-ci il enerji memorandumunun dayandırılması kimi addımların tərəfdarıdır. Bununla belə, Avropa Komissiyası və Aİ-nin Xarici Fəaliyyət Xidməti əməkdaşlığı davam etdirməyə üstünlük verir. Müəlliflər bu “dissonansın” Bakıya Aİ-nin prinsipial xətt formalaşdırmaqda çətinlik çəkdiyi mesajını verdiyini düşünürlər.
Hesabatda diqqət çəkən daha bir məqam repressiyaların transmilli xarakter almasıdır. Müəlliflər bildirirlər ki, Azərbaycan hakimiyyəti sərhədlərdən kənarda yaşayan jurnalistləri, fəalları və hüquq müdafiəçilərini hədəfə alır. Aİ üzv dövlətlərində bu risklərə qarşı müdafiə mexanizmlərinin pərakəndə və qeyri-kafi olması isə ayrıca problem kimi göstərilir.
Hesabat Aİ-ni yeni və ya yenilənmiş Aİ-Azərbaycan razılaşmalarında insan hüquqları və hüququn aliliyini mərkəzə çəkməyə çağırır. Sənəddə 2022-ci il enerji Memorandumunun icrasının da açıq, ictimai meyarlarla, o cümlədən siyasi məhbusların azad edilməsi və reabilitasiyası kimi tələblərlə əlaqələndirilməsi təklif olunur.
Müəlliflər həmçinin yeni sazişlər və yüksək səviyyəli əməkdaşlıq üzrə irəliləyişin ölçülə bilən islahatlara bağlanmasını, repressiyalar dərinləşərsə danışıqların dayandırılmasını və yeni sövdələşmələrin dondurulmasını mümkün variant kimi göstərirlər.
Sənəddə müstəqil vətəndaş cəmiyyəti və medianın həm ölkə daxilində, həm də sürgündə daha geniş siyasi və maliyyə dəstəyi almasının vacibliyi vurğulanır. Eyni zamanda Aİ üzv dövlətlərindən ikitərəfli enerji və təhlükəsizlik siyasətlərini ümumi insan hüquqları meyarları ilə uzlaşdırmaq tələb olunur ki, heç bir milli anlaşma Aİ-nin şərtləndirmə xəttini zəiflətməsin.
Abzas Media
Hesabat: Aİ Azərbaycanla münasibətlərdə insan hüquqlarını enerji maraqlarına qurban verir