Əfqanıstandan edilən hücumlar nəticəsində Tacikistanda beş nəfər ölüb, yaralananlar var

Ötən həftə ərzində Əfqanıstan ərazisindən həyata keçirilən iki hücum nəticəsində Tacikistanda beş nəfər öldürülüb, daha beş nəfər isə yaralanıb.

Bu barədə Tacikistanın Prezident administrasiyasının mətbuat xidməti bu gün məlumat yayıb.

Tacikistan rəsmiləri daha əvvəl uzaq sərhəd bölgəsində narkotik qaçaqmalçıları və qanunsuz qızılçıxaranların fəaliyyət göstərdiyi barədə xəbərdarlıq etmişdilər. Ötən həftə isə onlar Əfqanıstandan həyata keçirilən PUA hücumu nəticəsində üç Çin vətəndaşının öldürüldüyünü açıqlamışdılar.