Artıq zəvvarlar yalnız xüsusi tibbi arayış təqdim etməklə Həcc ziyarətini yerinə yetirə biləcəklər.
Bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bildirib.
Ziyarətçilər verilən tibbi arayışın rəsmi platforma vasitəsilə təsdiqini öncədən təqdim etməli olacaqlar.
Bununla bağlı olaraq, krallığın Səhiyyə Nazirliyi zəvarların işlər ilə məşğul olan bütün ofislərə tapşırıq verib – Həcc ziyarətini planlaşdıran hər bir insan ciddi tibbi müayinədən keçirilməlidir.
Ziyarəti həyata keçirməyə imkan verməyən xəstəliklərin yoxluğu rəsmi şəkildə təsdiq edilməlidir. Bu icbari tibbi müayinə olmadan və vizanın rəsmiləşdirilməsi üçün müvafiq rəy təqdim edilmədən Həcc ziyarəti qeyri-mümkün olacaq.
Bir sıra ciddi xəstəlikləri olan şəxslər ziyarətə buraxılmayacaq. Siyahıya dializ tələb edən böyrək çatışmazlığı, hətta minimal yüklənmə zamanı özünü büruzə verən ürək çatışmazlığı, vaxtaşırı və ya daimi oksigen istifadəsi tələb edən xroniki ağciyər xəstəlikləri, qaraciyər çatışmazlığı əlamətləri ilə müşahidə edilən ağır mərhələdəki qaraciyər serrozu, məkan oriyentasiyası və hərəkətin pozulmasın səbəb olan ağır psixi və nevroliji problemlər, yaşlılardakı demensiya daxildir. MƏhdudiyyətlər hamiləliyinin son 3 ayını yaşayan və yüksək riskli hamiləlik keçirən qadınlar, həmçinin aktiv infeksion xəstəlikləri, o cümlədən də açıq formalı tuberkulyoz (vərəm) və hemorragik qızdırma, kimyəvi terapiya və ya digər immunosupressiv prosedurlardan keçməkdə olan aktiv onkoloji xəstəliyi pasiyentlər.
Yalnız xüsusi tibbi arayış təqdim etməklə Hacc ziyarəti yerinə yetiriləcək