Haqqında saysız-hesabsız hədislər nəql olunan Əhli-beytin (ə) paklığı Quranda təsdiqləndiyi üçün onları yalanda ittiham etmək olduqca çətin idi. Buna görə də düşmənlər Əhli-beytin (ə) əleyhinə cəbhə açaraq, “müqəddəs” simalarla müqayisədə Peyğəmbər ailəsini (ə) dini camiədən uzaqlaşdırmaq üçün bütün imkanlarını səfərbər etdilər.
İmam Əlinin (ə) öz dilindən nəql olunan bir hədis bu vəziyyəti çox gözəl təsvir edir: “Danışanda dedilər, hakimiyyət hərisi dünyapərəstəm; susanda isə dinə daxil edilən bidətlərin İslamı oyuncaq etməsini görüb susmağım yol vermirdi...”
Əhli-beytin (ə) qətiyyəti sayəsində dinə bidətlərin daxil olması, əyyaşların dini ata malı kimi dağıtması mümkün olmadı. İmam Hüseynin (ə) tarixi Kərbəla qiyamı, Xanım Zəhranın (s.ə.) şəhadətindən sonra gizlicə dəfni kimi hadisələr İslamın qoruyucu kəmərinə güclü bir qüdrət bəxş etdi. Bundan sonra tarix öz cinayətlərini və dini dəyişdirmə planlarını həyata keçirmək üçün yollar axtaranların narahatlığı ilə doldu.
Zaman keçdikcə müxtəlif cərəyanlar, məktəblər və ideologiyalar bu məqsədlə çox çalışdılar və hələ də çalışırlar. Bu gün yaşananlar da həmin dövrlərin qalıqlarının davamıdır. Onların uğursuzluqları heç vaxt onları tərk etmədi. Lakin hər dəfə yeni cəhd üçün özlərini aldatmağa davam edirlər. Necə ki, bir zamanlar Ömər Səəd Rey şəhərini ələ keçirmək xülyası ilə İmam Hüseynin (ə) şəhadətinə imza atdı, amma nəticədə Hüseynin (ə) buyurduğu kimi, Reyin nəinki buğdasını, heç arpasını da dadmadan rüsvay olub öldü.
Bu günkü ssenari də eyni xətdə davam edir. Dinin hakimlərin əlində oyuncağa çevrilməsi üçün yalnız bir maneə aradan götürülməlidir, bu da imamət xəttinin ən möhkəm müdafiə divarı olan Aşuradır.
Bu səbəbdən tanış cümlələri tez-tez eşidirik:
“Hüseyn fars şahzadəsinin qızından olduğuna görə İran imaməti irs kimi qəbul edib müdafiə edir.”
“İstəyimizi İmam Hüseyndən deyil, Allahdan diləyək.”
“Məzar ziyarəti bidətdir.”
“Ərəblərə baxın: min illərdir Hüseynə yas saxlayanlara qarşı onlar öz şəhidlərinə hörmət etmir.”
“Aşura yalnız Hüseynin şəhid edilməsindən ibarət deyil, tarixdə o gün başqa mühüm hadisələr də olub.”
“Məhərrəmlikdə toy etməyin nə problemi var ki?”
“Niyə yalnız Hüseynə (ə) qırx gün matəm saxlanılır, Peyğəmbər (s) və digər imamlara yox?”
2-ci hissənin sonu
Qələbə mütləqdir. 2-ci hissə