Çempionlar Liqası: "Barselona" - "İnter" matçı təxirə salına bilər

Çempionlar Liqasının yarımfinalında keçirilməli olan "Barselona" - "İnter" matçı təxirə salına bilər.

"Daily Express" xəbər verir ki, bunun səbəbi İspaniyada elektrik enerjisində kəsinti olmasıdır.

Milan klubu bu gün İspaniyaya yola düşəcək. Oyunun təxirə salınma riski olduğu üçün italyanların səfəri təxirə düşə bilər.

Qeyd edək ki, "Barselona" - "İnter" cütü arasında ilk qarşılaşma aprelin 30-da, Bakı vaxtilə saat 23:00-da başlamalıdır.