"Mançester Siti" finala çıxdı

İngiltərə Federasiya Kubokunda finala yüksələn ikinci komanda bəlli olub.

"Mançester Siti" yarımfinalda "Nottingem"ə 2:0 hesabı qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Komanda bu raundda ötən gün "Aston Villa"nı 3:0 hesabı ilə üstələyən "Kristal Pelas"la üz-üzə gələcək.

Görüş mayın 17-də keçiriləcək.