La Liqa: “Barselona” “Selta” üzərində əzmkar qələbə qazanaraq “Real”la xal fərqini 7-yə çatdırıb

İspaniya La Liqasının 32-ci turunda “Barselona” “Selta”nı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:3 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

62-ci dəqiqəyədək 1:3 gerida olan Kataloniya təmsilçisi dörd dəqiqə ərzində hesabı bərabərləşdirib, 90+8-ci dəqiqədə isə Rafinya penalti zərbəsi ilə qələbə qolunu vurub.

Qeyd edək ki, İspaniya çempionatının turnir cədvəlinə 73 xalla “Barselona” başçılıq edir. Onu ehtiyatında bir oyunu olan “Real Madrid”dən yeddi xal ayırır.

“Selta” isə 43 xalla 7-ci yerdədir.