“Qalatasaray” növbəti qələbəsini qazanıb

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Bu gün lider “Qalatasaray” meydana çıxıb.

Komanda “Bodrumspor”la qarşılaşıb. Görüşə “sarı-qırmızılılar” fəal başlayıblar.

İlk hissədə Lukas Torreyra fərqlənib. İkinci yarıda “Cimbom” daha bir qol vurub. Davinson Sançez komandasına qələbə qazandırıb - 2:0.

Bununla da, “Qalatasaray” “Fənərbaxça” ilə xal fərqini 6-ya yüksəldib.