Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəlib

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start verilib.

İlk oyun günündə iki görüş baş tutub.

“Borussiya” doğma meydanda “Barselona”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb, amma bu yarımfinal üçün yetərli olmayıb və "Barsa" ümumi hesabda 3:5 hesabı ilə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.

PSJ isə səfərdə “Aston Villa” ilə qarşılaşıb.

Dramatik keçən oyunun qalibi ev sahibləri olub. Premyer Liqa təmsilçisi 3:2 hesablı qələbə qazansa da, bu yarımfinal üçün yetərli olmayıb.