Azərbaycan və İran nəqliyyat və ticarətin inkişafı üzrə əsas sazişlər imzalayaraq “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.
Bu barədə IRNA agentliyi yanvarın 22-də məlumat yayıb.
Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.
Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək edir.
Üç illik fasilədən sonra keçirilmiş iclasda tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton tranzit həcminə çatmağa imkan verəcək.
Görüşdə İran və Azərbaycanın dəmir yolu qurumları arasında Astarada dəmir yolu terminalının tikintisinin tamamlanması haqqında saziş imzalanıb ki, bu da “Şimal-Cənub” dəhlizinin reallaşdırılması yolunda mühüm addım olacaq.
Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.
Azərbaycan və İran nəqliyyat və ticarətin inkişafı üzrə sazişlər imzalayıb