Tarixdə bu gün: Yezidin ölümündən sonra nələr baş verdi?

Bu günlər İslam tarixində Yezid ibni Muaviyənin ölüm günlərinə təsadüf edir.

Yezidin ölümündən sonra nələr baş verdi?

Yəzid ibn Müaviyə hicri təqvimi ilə 64-cü ildə 39 yaşında öldükdən sonra  övladı Müaviyə onun yerinə oturdu. O, 40 gün keçdikdən sonra minbərə qalxıb xütbə oxudu. Atasının pis  və zalım bir adam kimi xatırladıb ona lənət etdi. Onun rəftar və yolundan uzaq oduğunu bildirdi. Bərk ağlayıb xəlifəlikdən çəkildi. Onun mibnərinin aşağı tərəfində oturan Mərvan ibn Həkəm qalxıb dedi: “Xəlifə olmaq istəmirsənsə xəlifəliyin işini şuraya tapşır. Necə ki, Ömər ibn Xəttab belə etdi.” O, dedi: “ Mən xəlifəliyin şirinliyini dadmamışam. Onun günahını necə boynnuma alım?! Müaviyə minbərdən aşağı düşdü, evinə getdi. Həmişə  ağlayıb ah-zar edirdi. Nəhayət 25 və ya  bir nəzərə görə 40 gündən sonra öldü.
Diqqət olunası məsələ odur ki, bəzi şəxslər nəql edir ki, onu zəhərlədirlər və bu səbəbdən öldü. Vəlid ibn Utbə  ibn Əbi Süfyan xəlifəlik tamahında idi. Müaviyə ibn Yəzidin cənazəsi üstə gəlib ona namaz qılıb bədənini Dəməşqdə basdırdı. Beləliklə də səltənət Əbu Süfyan sülaləsindən Mərvan sülaləsinə keçdi.
(Təttimmətül-müntəha,s. 95).

Məşhur əhli-sünnə alimi Zəhəbi Yezid haqqında nə deyir?

Görək Zəhəbinin özü Yəzid (lənətullahi-əleyh) barədə nə deyib? Əhli-Sünnə qardaşlarımızdan heç kəs Zəhəbi barədə, onun elmi və məlumatı barədə şəkk etmir. İmam Hüseyn (salamullahi-əleyh) barədə qeyd edilən sözləri deyən bu böyük hafiz və böyük tənqidçi alim bu xəbis Yəzid barədə nə deyir?

“Siyər əlam ən-nubəla”, 4-cü cild, 37-ci səhifə. Yəzidin (lənətullahi-əleyh) tərcümeyi-halı. Deyir:كَانَ نَاصِبِيّاً ، فَظّاً، غَلِيْظاً، جَلْفاً، يَتَنَاوَلُ المُسْكِرَ، وَيَفْعَلُ المُنْكَرَ.

O nasibi, kobud, qaba və ədəbsiz idi. İçki içir, çirkin işlər görürdü.

Səhifə 38-də deyir:افْتَتَحَ دَوْلَتَهُ بِمَقْتَلِ الشَّهِيْدِ الحُسَيْنِ، وَاخْتَتَمَهَا بِوَاقِعَةِ الحَرَّةِ، فَمَقَتَهُ النَّاسُ، وَلَمْ يُبَارَكْ فِي عُمُرِه. وَخَرَجَ عَلَيْهِ غَيْرُ وَاحِدٍ بَعْدَ الحُسَيْنِ: كَأَهْلِ المَدِيْنَةِ قَامُوا للهِ

Öz dövlətinə şəhid Hüseyni qətlə yetirməklə başladı və onu Hərrə faciəsi ilə bitirdi. İnsanlar ona nifrət bəslədi. Ömrü bərəkətli olmadı. Hüseyndən (ə) sonra bir neçə dəstə ona qarşı çıxdı. Mədinə camaatı kimi. Onlar Allaha görə qiyam etdilər.

 

 

Az.shafaqna.com