Avqustun 27-də Avropa İnsan Hüquqları Məhkəməsi Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Azərbaycan hökumətinə həbsdə olan Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevin sağlamlıq vəziyyətinin stasionar müalicəyə və ya ambulator müalicəyə və ya hər hansı təcili tibbi müdaxiləyə (məsələn, ürək cərrahiyyəsi) ehtiyac olub-olmadığını müəyyən etmək üçün əlavə hərtərəfli müayinələrdən keçirmək və bununla bağlı məhkəməyə məlumat vermək göstərişi verib.
Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.
“Əlavə müayinələrin nəticələri, ərizəçinin sağlamlıq vəziyyəti və göstərilən müalicə haqqında, həmçinin səhhəti ilə bağlı yeniliklər barədə Azərbaycan höküməti məhkəməyə məlumat verməlidir. Eyni zamanda Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən onun işinə prioritet qaydada baxılması qərara alınıb”, vəkil qeyd edib.
Bir müddət əvvəl isə Abdullayevin digər vəkili Şəhla Hümbətova bildirib ki, onun istintaq təcridxanasında səhhəti ciddi şəkildə pisləşsə də, effektiv tibbi yardım göstərilmir.
Vəkilin sözlərinə görə, avqustun əvvəlində həkimlər Abdullayevə sol mədəciyin hipertrofiyası, ürəyin arxa divarında çat ehtimalı, ürəyin sol ön hissəsinin blokadası diaqnozu qoyub.
Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Abdullayevin cinayət işi üzrə hazıqlıq iclası olub. Məhkəmədə müdafiə tərəfi vəsatət qaldırıb ki, Abdullayevin seçdiyi mülki klinikada tibbi müayinədən keçməsi təmin edilsin.
Vəsatət qismən yerinə yetirilib. Abdullayev 1 gün müddətinə həbsxana xəstəxanasına aparılıb, orada vizual müayinə olunub və ertəsi gün 1 nömrəli Bakı İstintaq Təcridxanasına qaytarılıb.
Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb.
Bu il martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Vəkilin sözlərinə görə, Abdullayev əvvəlki ittihamlar kimi yeni ittihamı da qəbul etmir.
Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci illərdəki fəaliyyətini araşdırıb.
Yeni ittiham ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. O, hazırkı iqtidarın tərəfdarlarından olub və yerli mediada onun müxalifətin etirazlarına qarşı sərt mövqe tutduğu barədə məlumatlar yayılıb.
2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. O, mühacirət dövründə hazırkı hakimiyyəti tənqid edib və bu yönümlü mahnılar bəstələyib. Hüseyn Abdullayevin “Susma” adlı marşının sosial şəbəkələrdə geniş müzakirələr doğurmasından sonra ona və ailəsinə qarşı təzyiqlərin olduğunu iddia edib.
Ona qarşı vergi ittihamı ilə cinayət işi açılması da tənqidi mahnılarının yayılmasından sonraya təsadüf edir.
Nəhayət keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ilin avqustun 24-28-də Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə 48/2020 saylı qərar çıxarıb.
Qərarda qeyd olunur ki, Abdullayevin Türkiyədən (oğurlanması) gətirilməsi, Azərbaycanda cinayət təqibinə məruz qalması qanunsuzdur.
Bununla yanaşı, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir, insanların iradəsinə görə təqib edilmədiyini bildirir.
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan keçmiş deputatın sağlamlıq durumu ilə bağlı qərar qəbul edib